“Shamkir Chess 2015” turnirinin iştirakçıları futbol turnirində güclərini sınayıblar

“Shamkir Chess 2015” turnirinin iştirakçıları futbol turnirində güclərini sınayıblar
15:28 23 Aprel 2015
47 İdman
Ölkə mətbuatı
A- A+


Şəmkir, 23 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
“Shamkir Chess 2015” şahmat turnirinin iştirakçıları istirahət günündə keçirilən futbol turnirində güclərini sınayıblar.
AZƏRTAC xəbər verir ki, ilk yarımfinal görüşündə Azərbaycan jurnalistlərindən ibarət komanda yerli şahmatçıları 5:1 hesabı ilə məğlub edib. Finala vəsiqə uğrunda digər görüşdə isə dünya şahmatçıları “Shamkir Capital Group”a 1:7 hesabı ilə uduzublar.
Üçüncü yer uğrunda görüşdə dünya şahmatçıları 3:1 hesablı qələbə qazanıblar. Bu görüşdə uduzan Azərbaycan şahmatçıları dördüncü yeri tutublar.
Finalda Azərbaycan jurnalistlərinə 4:2 hesabı ilə qalib gələn “Shamkir Capital Group” turnirin əsas mükafatına sahib olub.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Shamkir_Chess_2015_turnirinin_istirakchilari_futbol_turnirinde_guclerini_sinayiblar-849044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR