"Eurovision-2015" mahnı müsabiqəsinin səhnə dizaynı təqdim olunub

"Eurovision-2015" mahnı müsabiqəsinin səhnə dizaynı təqdim olunub
15:32 23 Aprel 2015
203 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Bu il Avstriyanın paytaxtı  Vyanada baş tutacaq "Eurovision" mahnı müsabiqəsinin səhnə dizaynı təqdim olunub.
"Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, müsabiqənin keçiriləcəyi səhnə 1288 ayrı-ayrı işıq-diod sütunlarından ibarətdir.
Bu sütunlar möhtəşəm işıq effekti yaradacaq. Səhnədə arxa planda LED ekran quraşdırılacaq. 
Qeyd edək ki, müsabiqə mayın 19, 21 və 23-də Vyanadakı "Stadthalle" səhnəsində keçiriləcək.
Bu il Azərbaycanı müsabiqədə Elnur Hüseynov "Hour of the wolf" mahnısı ilə təmsil edəcək. 




Xəbərin orijinal ünvanı: http://report.az/sou-biznes/eurovision-2015-mahni-musabiqesinin-sehne-dizayni-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR