ETSN: Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

15:37 23 Aprel 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 15:33 ]


Bakı. Fərid Mirzəyev – APA. Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayının II ongünlüyü üçün keçirilmiş monitorinqlərin nəticələri açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən APA-ya verilən məlumata görə, aprel ayının II ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının I ongünlüyünə nisbətən 130 m3/san artaraq 405 m3/san təşkil edib. 

 

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

 

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.2, Ağstafaçayda 3.8, Ağstafaçay su anbarında isə 4.3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. 
 

Aprel ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 4, I Şahsevəndə 4.1, Bəhramtəpədə isə 4.2 dəfə YVQH-ni keçib. 
 

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
 

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.35-7.28 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR