Play Store

"Bavariya"nın ulduz futbolçusu karyerasını ABŞ-da davam etdirə bilər

"Bavariya"nın yarımmüdafiəçisi Bastian Şvanştayger MLS klublarından birinə keçə bilər.

Metbuat.az "Kicker"ə istinadən xəbər verir ki, 2016-cı ildə müqaviləsi bitəcək olan alman futbolçu böyük ehtimalla klubla saziş yeniləməyəcək. Buna onun tez-tez zədələnməsi səbəb olub. Təsadüfi deyil ki, Şvanştayger cari mövsümdə Bundesliqada cəmi 15 matçda meydana çıxıb.

Hazırda yarımmüdafiəçi gələcəyi ilə bağlı müxtəlif planlar haqda düşünür. Onların siyahısında ABŞ-ın adı ən yuxarılarda gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR