Təhsil Nazirliyinin işçisi ata ilə qızını vurub aradan çıxdı - FOTO

Təhsil Nazirliyinin işçisi ata ilə qızını vurub aradan çıxdı - FOTO
15:42 23 Aprel 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Sürücü qəzadan sonra hadisə yerindən qaçsa da, sonradan polisə könüllü təslim olub
Abşeron rayonunun Masazır qəsəbəsində yolu keçmək istəyən ata və onun qızını vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Abşeron Rayon Polis İdarəsindən (RPİ) report-a verilən məlumata görə, hadisə zamanı 1989-cu il təvəllüdlü Məmişov Zamin Əli oğlu idarə etdiyi "QAZ 31105" markalı avtomobillə yolu keçən Hüseynov Təyyar Abdul oğlu və onun qızı Abbasova Təzəgül Təyyar qızını vurub. Hadisədən sonra sürücü Z.Məmişov piyadalara yardım göstərmədən ərazidən yayınıb. Yaralı piyadalar isə hadisə şahidləri tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Hadisədən bir neçə gün sonra qəza törədən Z.Məmişov könüllü olaraq polisə gələrək təslim olub və etdiyi qəzanı etiraf edib. Sürücü qəzadan sonra piyadalara yardım göstərmədən qaçmasını hadisə zamanı qorxması ilə əlaqələndirib. Qəza ilə bağlı Abşeron RPİ-də başlanan araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən sürücü Z.Məmişov Təhsil Nazirliyində sürücü işləyir. O, qəza zamanı piyadaları nazirliyə məxsus xidməti avtomobillə vurub.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/336133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR