Fransız futbolçu: "Keçmişə qayıtsam, yenə də "Mançester Siti"ni seçərdim"

Bakkari Sanya "Arsenal"ı "Mançester Siti"yə dəyişəndə tənqidlərə məruz qalmışdı.

Metbuat.az-ın məlumatına görə, jurnalistlərin qarşısına çıxan fransız futbolçu qərarından peşman olmadığını bildirib:

"Tez-tez mənə "Arsenal"da qalmalı olduğumu deyirlər. Əgər keçmişə qayıda bilsəm, yenə də "Mançester Siti"ni seçərdim. Öz maksimumu ortaya qoymaq, heyətə düşmək uğrunda mübarizə aparmaq istəyirdim.

"Arsenal"da hər oyunda əsas heyətdə meydana çıxırdım. "Siti"də isə rəqabətin olacağını bilirdim. Bizim böyük futbolçularımız var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR