Əkizlərin istedad yarışı

Əkizlərin istedad yarışı
15:43 23 Aprel 2015
158 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 23 aprel, AZƏRTAC
Gəncədəki Uşaq Yaradıcılıq Mərkəzində şəhərin ümumtəhsil məktəblərində təhsil alan əkizlərin iştirakı ilə “İstedadlı əkizlər” adlı yarış keçirilib. Yarışda üçəmlər də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, ilk dəfə təşkil olunan yarışda 20-dən artıq cütlük öz bacarığını nümayiş etdirib. Ən yaxşı şeir söyləyən, mahnı oxuyan, musiqi alətində ifa edən, hətta aktyorluq bacarığını nümayiş etdirən əkizlər Uşaq Yaradıcılıq Mərkəzinin xatirə hədiyyələri ilə mükafatlandırılıblar.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akizlerin_istedad_yarisi-849052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR