Azay Quliyev Danimarkada ATƏT PA-nın müzakirələrində iştirak edəcək

Azay Quliyev Danimarkada ATƏT PA-nın müzakirələrində iştirak edəcək
15:47 23 Aprel 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Danimarkada ATƏT Parlament Assambleyasının büro iclası keçiriləcək. İclasda büro katibliyinin fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq, bəzi qətnamə layihələri və digər sənədlərə dair müzakirələr aparılacaq.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, deputat Azay Quliyev iclasda iştirak etmək üçün aprelin 25-dən 28-dək Danimarkada səfərdə olacaq.

Səfər çərçivəsində deputat təşkilatın “Helsinki+40” mövzusunda keçiriləcək seminarında da iştirak edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR