Bakıda gənclər Beynəlxalq Yer Gününü qeyd ediblər

Bakıda gənclər Beynəlxalq Yer Gününü qeyd ediblər
15:48 23 Aprel 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
“Addım” Gənclər Təşkilatı Beynəlxalq Yer Günü ilə əlaqədar “EkoLogika” layihəsinin yekun tədbirini keçirib.
Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Fransanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşıb. Tədbirin birinci hissəsində təlimçi Tofiq Sadıxov gənclərə interaktiv təlim keçib. İkinci hissədə isə təşkilatın sədri Hüseyn Cavadzadə açılış edərək qonaqları salamlayıb. Eləcə də layihənin həyata keçirilməsində fəallıq göstərən gənclərə diplomlar təqdim olunub.
Daha sonra isə “Home” filmi nümayiş etdirilib. Film 30 il ərzində dünyanın müxtəlif ölkələrində hava şarından çəkilib. Filmdə yer kürəsinin üzləşdiyi əsas ekoloji problemlərdən bəhs olunur. Film Azərbaycanda ilk dəfə nümayiş olunub.
Aksiyaya dəstək məqsədilə gənclər tədbirə “yaşıl geyim”də gəliblər.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_gencler_Beynelxalq_Yer_Gununu_qeyd_edibler-849055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR