Böyük Britaniya Bakı 2015-ə gələcək idmançıların adını açıqlayıb

Böyük Britaniya Bakı 2015-ə gələcək idmançıların adını açıqlayıb
15:56 23 Aprel 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı 2015 Avropa Oyunlarında ümumilikdə 150-dən çox britaniyalı idmançı mübarizə aparacaq.

Bu gün səhər saatlarında Böyük Britaniya Bakı 2015-də yarışacaq idmançılarının adlarını elan edib. Bu idmançılara Avropa Oyunlarında təqdim olunacaq 253 qızıl medaldan birinə yiyələnmək imkanı verilib.

ANS PRESS-in İlk Avropa Oyunlarının rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Olimpiya çempionları Nikola Adams, Ceyd Cons və Ed Makkiver iyunda Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək britaniyalı idmançılardan ibarət komandaya rəhbərlik edəcəklər. Bu üçlük digər 150 idmançıya qoşularaq 12-28 iyun tarixlərində 13 müxtəlif idman növü üzrə mübarizə aparacaq.

Britaniya idmançıları 19 idman növündə yarışacaqlar. Bu idman növlərindən 10-u Rio 2016 Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından böyük önəm daşıyır. Avropa Oyunlarında iştirak edəcək britaniyalılardan ibarət komandanın rəhbəri Mark İnqlend bu barədə belə danışdı: “Bu çox böyük fürsətdir. İdmançılarımızın əksəriyyəti özlərini Avropanın ən güclülərinə qarşı yarışmaqla sınayacaqlar. Onlar çöxnövlü idman yarışlarında əhəmiyyətli təcrübə qazanacaqlar və eyni zamanda Rio 2016-ya gedən yollarını inşa edəcəklər”.

Qeyd edək ki, bu idmançıların əksəriyyəti ilk dəfədir belə böyük çoxnövlü idman yarışlarında iştirak edirlər.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=339902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR