"Liverpul"dan yeni transfer hərəkatı

"Kristal Pelas"ın yarımmüdafiəçisi Yaloy Bolasye karyerasını "Liverpul"da davam etdirə bilər.

Metbuat.az "The Sun"a istinadən xəbər verir ki, xüsusilə də "qırmızılar"ın baş məşqçisi Brendan Rocers Konqo Demokratik Respublikasından olan futbolçunun xidmətində maraqlıdı. 

Yarımmüdafiəçinin transferi 6 milyon avro dəyərində qiymətləndirilir.

Cari mövsümdə Premyer Liqada 29 matçda meydana çıxan Bolasyenin aktivində 4 qol, 6 məhsuldar ötürmə var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR