“Bakcell” “Portmanat” ödəniş sisteminə qoşulub

“Bakcell” “Portmanat” ödəniş sisteminə qoşulub
15:57 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 15:49 ]


Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakcell” şirkətinin abunəçiləri “Portmanat” ödəniş sistemi vasitəsilə balanslarını artıra bilərlər.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Portmanat” gündəlik istifadə oluna bilən elektron pul kisəsidir. Bu ödəniş sisteminə qoşulan istənilən şəxs elektron pulqabı hesabı yaratmaqla mobil telefon və ya kompüter vasitəsilə istənilən vaxt asanlıqla müxtəlif ödənişlər həyata keçirə və yenidən “Portmanat”a pul qoya bilər.

 

Qeyd edək ki, bu xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək şərt deyil. Qeydiyyatsız və hesab açmadan ödəniş həyata keçirmək istəyən istifadəçilər “Portmanat Code” xidmətindən elektron vauçer almaqla istifadə edə bilərlər.

 

Bununla yanaşı, portmanat xidmətindən istifadəni daha asan olması məqsədilə mobil cihazlar üçün pulsuz proqram hazırlanıb. Bu proqram vasitəsilə bütün ödənişlərin həyata keçirilməsi mümkündür. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR