​Azərbaycanda “İstedadlı əkizlər” adlı yarış keçirilib

​Azərbaycanda “İstedadlı əkizlər” adlı yarış keçirilib
15:57 23 Aprel 2015
117 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Gəncədəki Uşaq Yaradıcılıq Mərkəzində şəhərin ümumtəhsil məktəblərində təhsil alan əkizlərin iştirakı ilə “İstedadlı əkizlər” adlı yarış keçirilib. 
“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda üçəmlər də iştirak ediblər.
İlk dəfə təşkil olunan yarışda 20-dən artıq cütlük öz bacarığını nümayiş etdirib. Ən yaxşı şeir söyləyən, mahnı oxuyan, musiqi alətində ifa edən, hətta aktyorluq bacarığını nümayiş etdirən əkizlər Uşaq Yaradıcılıq Mərkəzinin xatirə hədiyyələri ilə mükafatlandırılıblar.





Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-i-stedadli-ekizler-adli-yaris-kecirilib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR