“Gələcək Naminə” futbol yarışına start verib

“Gələcək Naminə” futbol yarışına start verib
16:04 23 Aprel 2015
176 İdman
Ölkə mətbuatı
A- A+

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin Prezident yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Ulu Öndər mirasıdır yurdum Azərbaycanım!” layihəsi çərçivəsində Bakı şəhərində təşkil etdiyi futbol yarışı başlayıb.  Lent.az-ın məlumatına görə, yarış bir neçə komandanın iştirakı ilə baş tutan turnir dairəvi sistem üzrə keçirilir.

Üç həftə ərzində davam edəcək futbol yarışının sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

Layihədə əsas məqsəd Azərbaycan gənclər siyasətini təbliğ edilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi və sağlam həyat tərzi ilə bağlı dözümlülük, mərdlik, təşəbbüskarlıq və zirəkliyin, soyuqqanlılıq kimi keyfiyyətlərin aşılanmasıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR