Lənkəranda üç evdə yanğın olub

16:07 23 Aprel 2015
162 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 15:56 ]


Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda bir gündə üç yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, yanğın hadisələrindən biri Lənkəran şəhər sakini, 1957-ci il təvəllüdlü  Nərminə Nəcəfovaya məxsus Heydər Əliyev prospekti, 31 ünvanında yerləşən ümumi sahəsi 100 kvadratmetr olan iki mərtəbəli, üç otaqlı   fərdi yaşayış evində qeydə alınıb.

 

Digər hadisə şəhərin Səttərxan küçəsi, dalan 4, ev 7-də 1954-cü il təvəllüdlü  Mirəsgər Əsgərova məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli, dörd otaqlı evdə baş verib.

 

Başqa bir yanğın hadisəsi isə rayonun Bala Şürük kənd sakini, 1956-cı il təvəllüdlü Vaqif Həsənova məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli fərdi evdə qeydə alınıb. Hər üç ünvana müvafiq olaraq iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib, onların səyləri ilə yanğın lokallaşdırılmaqla genişlənməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR