Azyaşlı qız prezidenti kədərləndirdi

Azyaşlı qız prezidenti kədərləndirdi
16:16 23 Aprel 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Məktəbli qız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəhərləndirdi. ANS PRESS-in məlumatına görə, prezident sarayında “Milli Suverenlik və Uşaq Bayramı” qeyd edilib.
Tədbirdə uşaqları dövlət başçısı və təhsil naziri qəbul edib.

Ərdoğan əlində skripka olan bir qızı yanına çağırıb. Azyaşlı qız isə ilk olaraq şəhidlərə həsr edirəm dediyi "Çanaqqala türküsü"nü, sonra Ərdoğan üçün "Uzun incə bir yoldayam" ifa edib. Son ifasını isə prezidentin anasına həsr edib. İfadan sonra qəhərlənən dövlət başçısı "off, indi məni yıxdın" deyə hisslərini bölüşüb.

Prezident uşaqlar qarşısında çıxışında sabah Çanaqqalaya gedərək şəhidləri anacağını deyib. "Aranızda ora getməyən varmı? Uşaqları ora aparmayan məktəbləri araşdırmaq lazımdır. Çanaqqala şəhidliyini görməlisiniz ki, əcdadlarımızın necə bir mübarizə apardığını bilək".

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=339904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR