Bakıda polisə təslim olmaq istəməyən şəxs özünü bıçaqladı

Bakıda polisə təslim olmaq istəməyən şəxs özünü bıçaqladı
06:51 13 Yanvar 2015
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda polisə təslim olmaq istəməyən şəxs özünü bıçaqlayıb. Qanlı hadisə rayonun Aşıq Qurban küçəsində baş verib. Xətai rayon polis idarəsinin 37-ci polis bölməsinin əməkdaşlarıın keçirdiyi axtarış əməliyyatları nəticəsində 1 il bundan öncə Yevlax rayonunun Tanrıqulular kəndində həmyerlisi Asif Məmmədzadəni xuliqanlıq zəmnində bıçaqladığı üçün axtarışda olan 23 yaşlı Pərviz Mirzəyev “NZS” qəsəbəsində saxlamaq istəyərkən şübhəli şəxs özünə xəsarət yetirib.

Bölmənin əməkdaşları cinayət törətdiyinə görə bir il axtarışda olan Pərviz Mirzəyevi yaralı vəziyyətdə 1 saylı kliniki tibbi mərkəzə çatdırıblar. Dərhal əməliyyata götürülən yaralının həyatı təhlükəsi aradan qaldırılıb.

Xəstəxanadan verilən məlumata görə Pərviz Mirzəyevin vəziyyəti ağır stabil olaraq qalır.

Məlum faktla bağlı artıq Yevlax rayon polis şöbəsi də məlumatlandırılıb. Səhhəti normallaşandan sonra Pərviz Mirzəyev qanun qarşında öz əməlinə görə cavab verəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR