Eyvanın altında gizlənən kişini bıçaqladı - QISQANCLIQ

Eyvanın altında gizlənən kişini bıçaqladı - QISQANCLIQ
16:19 23 Aprel 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qağacılı kənd sakini, 34 yaşlı D.Xəlilova kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin araşdırmalardan sonra onun həmkəndlisi, 35 yaşlı Z.A tərəfindən bıçaqlanması üzə çıxıb. Z.A saxlanılıb.

 

Bildirilir ki, bıçaqlanma hadisəsi bu gecə saat 23 radələrində Z.A-nın həyətində baş verib. Gecə yatmazdan əvvəl siqaret çəkmək üçün həyətə düşən 35 yaşlı kişi eyvanın altında kiminsə gizləndiyini hiss edib. O, dərhal eyvanın alt hissəsinə daxil olub və gizlənən şəxsi yaxalayıb. Mübahisə zəminində Z.A çağırılmamış qonağa bıçaqla xəsarət yetirib.

 

Araşdırmalarla o da müəyyən edilib ki, hadisə qısqanclıq zəminində törədilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR