Fransanın axtardığı qadının videosu yayılıb

Fransanın axtardığı qadının videosu yayılıb
06:56 13 Yanvar 2015
200 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın ən çox axtarılan qadınının təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə rəsmiləri "Habertürk" televiziyasının əldə etdiyi görüntülərdəki qadının 26 yaşlı Həyat Bumedyen olduğuna inanır. Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, Türkiyənin adının açıqlanmadığı yüksək səviyyəli rəsmisi videoda göstərilən qadının Bumedyen olduğunu təsdiq edib. Onun harada olduğu barədə məlumat yoxdur.

Təhlükəsizlik kamerası ilə çəkilmiş videoda qadının İstanbulun Sabiha Gökçən hava limanında onu müşayiət edən bir nəfər kişi ilə pasport nəzarət masasına yaxınlaşdığı göstərilir.

Qeyd edək ki, Həyat Bumedyen Parisdə üç gün sürən və 17 adamın ölümülə nəticələnmiş terror hadisələri ilə bağlı Fransa rəsmiləri tərəfindən axtarışdadır.

Fransa rəsmiləri yanvarın 9-da Kulibalinin Parisdəki supermarketdə vurulub öldürüldüyü zaman Hayat Bumedyenin orada olduğunu təsdiq ediblər.
Türkiyənin Anadolu xəbər agentliyi isə ölkənin Xarici İşlər naziri Mevlut Çavuşoğluya istinadən Bumedyenin Türkiyəyə yanvarın 2-də Madriddən gəldiyi və yanvarın 8-də Suriyaya getdiyi haqda məlumat verib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR