Kiyevdə Türkiyəyə xain zərbə

Kiyevdə Türkiyəyə xain zərbə
15:27 23 Aprel 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın dövlət televiziyası "erməni soyqırımını" tanıyıb.

Ukraynanın dövlət televiziyası "erməni soyqırımı" haqqında veriliş hazırlayıb. Milli.Az xəbər verir ki, kanalda "Ermənistan. 100 illik yaddaş" adlı veriliş hazırlanıb.

Kanalın rəsmi internet saytında yazılır: "Əhəmiyyətli tarixdən kənarda qalmayaraq, bu cümə - aprelin 24-də Birinci kanal "erməni soyqırımının qurbanlarının" xatirəsinə xüsusi efir hazırlayıb".

Bundan əlavə, Ukraynanın Birinci telekanalı hadisələrlə bağlı "tarixi arayış" da hazırlayıb. Arayışda deyilir:

"Birinci Dünya müharibəsi dövründə yarım milyondan çox erməni öldürülüb. Yarım milyon erməni isə dünyanın müxtəlif ölkələrinə qaçıblar".

Telekanal iddia edir ki, "erməni soyqırımı" tarixdə Holokost hadisələrindən sonra ikinci "faciədir".

Xatırladaq ki, hazırkı Ukrayna hakimiyyətində ermənilər çox sayda təmsil olunurlar. Ölkənin daxili işlər naziri Arsen Avakov Bakıdan olan ermənidir.

Ukrayna parlamentində artıq bir neçə ildir ki, "erməni soyqırımı"nın tanınması ilə bağlı müzakirələr aparılır. Ancaq hələ konsensus əldə edilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR