Moskva Dövlət Universitetində Azərbaycan mətbəxi təqdim olunub

Moskva Dövlət Universitetində Azərbaycan mətbəxi təqdim olunub
16:28 23 Aprel 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+


Moskva, 23 aprel, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) Azərbaycan mətbəxi günü keçirilib. Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) universitetdə fəaliyyət göstərən klubu tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan mətbəxinin ən ləziz təamları – şah plov, dolma, şəkərbura, paxlava təqdim edilib.
Universitetin müxtəlif fakültələrinin müəllim və tələbələrinin iştirak etdikləri Azərbaycan mətbəxi günündə “Baku” və “AMOR” jurnallarının yeni nömrələri, milli musiqilərimizdən ibarət disklər, tariximiz və mədəniyyətimiz haqqında kitabçalar təqdim olunub.
Azərbaycanlı tələbələr Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə də tədbir iştirakçılarına məlumat veriblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskva_Dovlet_Universitetinde_Azerbaycan_metbexi_teqdim_olunub-849070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR