Azərbaycanda əkizlər yarışdı (FOTO)

Azərbaycanda əkizlər yarışdı (FOTO)
16:31 23 Aprel 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Gəncədəki Uşaq Yaradıcılıq Mərkəzində şəhərin ümumtəhsil məktəblərində təhsil alan əkizlərin iştirakı ilə “İstedadlı əkizlər” adlı yarış keçirilib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, yarışda üçəmlər də iştirak ediblər.

İlk dəfə təşkil olunan yarışda 20-dən artıq cütlük öz bacarığını nümayiş etdirib. Ən yaxşı şeir söyləyən, mahnı oxuyan, musiqi alətində ifa edən, hətta aktyorluq bacarığını nümayiş etdirən əkizlər Uşaq Yaradıcılıq Mərkəzinin xatirə hədiyyələri ilə mükafatlandırılıblar.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=339908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR