Bakının mərkəzində təhlükəli görünüşlü qaraçılar peyda olub. Bir neçə gündür metronun “İçəri şəhər” stansiyasının ətrafında, Filarmoniya bağında 4-5 gənc oğlan insanlara divan tutur. Əsasən, gənc oğlan və qızlara yaxınlaşaraq zorla pul tələb edir, əllərindəki şəkilləri satırlar. Onlaran biri isə əlil ağacı ilə gəzərək insanlardan pul tələb edir.Bir neçə gündür Bakının mərkəzində polis sərgədan və tüfeylilərə qarşı əməliyyat keçirməklə yanaşı, onlara “şəfa” verir. Belə ki, polisin “möcüzəli” müalicəsi nəticəsində korlar görməyə, topallar qaçmağa başlayırlar
Məsələ ilə bağlı Səbail rayon post-patrul xidməti məlumatlandırıldı. Qısa zamanda polis onlara qarşı əməliyyata başladı. Ancaq bu əməliyyatı uğurlu saymaq olmaz. Polis 4-5 qaraçıdan cəmi bir nəfəri ələ keçirə bildi. Polisi görən qaraçılar qaçmağa başladı və İçəri şəhərə girərək gözdən itdilər. Ən maraqlısı o oldu ki, əlil ağacında gəzən şəxsin polisi görən kimi fırıldağı üzə çıxır. O, ağacını əlinə alaraq yüksək sürətlə qaçıb polisdən yaxa qurtardı. Hazırda polis əməkdaşları İşəri şəhər ərazisinin bütün giriş-çıxışlarını tutaraq həmin qaraçıların saxlanılmasına çalışırlar.
Gülər
Milli.Az
Videoları izləmək üçün şəkillərə klikləyin.









