Nizami Kino Mərkəzində yeni filmlər

Nizami Kino Mərkəzində yeni filmlər
16:33 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23 –dən etibarən Nizami Kino Mərkəzində Türkiyənin “Aşq olsun” və ABŞ, Kolumbiya və İspaniyanın birgə istehsalı olan “Qaranlıqdan” filminin nümayişinə başlanılıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Eşref Dinçerin ssenarisi əsasında rejissorlar Murat Serezli və Neslihan Yıldız Alaklının çəkdikləri “Aşk olsun” romantik komediya filmi qadınlara “eşq doktorluğu” edən Ozanın həyat hekayəsindən bəhs edir.
Filmdəki rolları İlker Aksum, Sedef Avcı, Kenan Ece, Selen Seyven və digər aktyorlar canlandırıblar.
Xavyer Qulon və Pastor qardaşlarının ssenarisi əsasında rejissor Yuis Kilesin çəkdiyi “Qaranlıqdan” filmi triller və dəhşət janrındadır.
Ailə biznesi ilə məşğul olmaq üçün qızları ilə birgə Kolumbiyaya köçən cütlük, bir müddətdən sonra yeni evlərinin ruhlarla dolu olduğunu öyrənirlər.
Filmdə rollara aktyorlar Frenk Kuervo, Piksi Deyvis, Alexandro Fert, Stiven Ri, Skott Spidman, Culiya Staylz, Vanesa Tamayo, Gilermo Morales Vitola və başqaları çəkiliblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_Kino_Merkezinde_yeni_filmler-849074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR