Bərdəyə bu ilin birinci rübündə 466 baş südlük istiqamətli cins heyvan gətirilib

Bərdəyə bu ilin birinci rübündə 466 baş südlük istiqamətli cins heyvan gətirilib
16:33 23 Aprel 2015
158 Ölkə
Ölkə mətbuatı
A- A+


Bərdə, 23 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Son illərdə rayonda ətlik və südlük istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması və süni mayalama tədbirləri genişləndirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, heyvandarlıq məhsulları istehsalının intensiv artımına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. İlin əvvəlindən rayon üzrə 1093 baş inək və düyə süni yolla mayalandırılıb, 567 baş sağlam cins buzov alınıb. Bundan başqa, rüb ərzində rayona 466 baş südlük istiqamətli cins heyvan gətirilib.
Bununla yanaşı, rayonun Mirzalıbəyli kəndi ərazisində heyvandarlıq kompleksi də inşa olunur. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb və kompleksə lizinq yolu ilə güzəştli şərtlərlə 327 baş cins heyvan gətirilib. Hazırda rayonun Kolayır kənd inzibati ərazi dairəsində 34 ailə-fermer təsərrüfatına güzəştli şərtlərlə südlük istiqamətli cins heyvanların satılması üçün tədbirlər görülür.
Aqrar sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayonda mal-qaranın baş sayı və heyvandarlıq məhsullarının istehsalı artıb. Belə ki, birinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1,7 faiz artaraq 89 min başa, qoyunların sayı isə 1 faiz artaraq 138,8 min başa çatdırılıb. Ət istehsalı 14 faiz artmaqla 3265 ton, süd istehsalı isə 12 faiz çox olmaqla 13 min 650 ton təşkil edib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdeye_bu_ilin_birinci_rubunde_466_bas_sudluk_istiqametli_cins_heyvan_getirilib-849073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR