Türkiyədə Canaqqala zəfərinin 100-cü ildönümü münasibətilə dövlət tədbirləri başlayıb

16:33 23 Aprel 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul, 23 aprel, AZƏRTAC
Türkiyədə Canaqala zəfərinin yüzüncü ildönümü münasibətilə silsilə dövlət tədbirləri başlayıb.
Aprelin 23-də bayram münasibətilə Ankarada Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət olunub, Anıtqəbirin önünə əklil qoyulub. Mərasimdə Türkiyənin dövlət və hökumət təmsilçiləri, Böyük Millət Məclisinin üzvləri, Ankaradakı diplomatik korpusun rəhbərləri, xarici qonaqlar, ölkə ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak ediblər.
Bayram münasibətilə İstanbulda Barış Zirvəsi təşkil olunub.
Zirvədə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinə Milli Məclisin deputatları, görkəmli alimlər daxildir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyede_Canaqqala_zeferinin_100_cu_ildonumu_munasibetile_dovlet_tedbirleri_baslayib-849075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR