Talibançılara divan tutdular

Talibançılara divan tutdular
16:46 23 Aprel 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Pakistan hərbçiləri tərəfindən son iki gündə 50-ə yaxın talibançı öldürülüb.

ANS PRESS-in məlumatına görə, İslamabad rəsmiləri bildiriblər ki, Şimali Vəziristanda keçirilən hava reydləri uğurlu alınıb. Bu ərazi ucqar rayonda, Əfqanıstan sərhəddinin yaxınlığında yerləşdiyindən ölənlərin sayını dəqiqləşdirmək çətin olub.

Ümumiyyətlə, Pakistan ordusu 2014-cü ilin iyunundan bu bölgədə fəaliyyət göstərən "Təhriki-Taliban" qrupuna qarşı hərbi əməliyyatlar aparır. Bu qrup Əfqanıstanda və Pakistanda fəallığı ilə seçilir. Onlar Karaçi hava limanına hücuma görə məsuliyyəti də üzərlərinə götürüblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=339927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR