Play Store

Naxçıvan Dövlət Universitetində “Universiada-2015” çərçivəsində idman yarışları keçirilir

Naxçıvan Dövlət Universitetində “Universiada-2015” çərçivəsində idman yarışları keçirilir
15:48 23 Aprel 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 23 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Universiada - 2015” proqramı çərçivəsində idman yarışları davam edir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin 10 fakültəsinin qatıldığı “Universiada - 2015” çərçivəsində oğlanlardan ibarət voleybol komandaları arasında keçən gərgin yarışda pedaqoji fakültənin, qızlar arasında voleybol yarışlarında isə tibb fakültəsinin komandası qələbə qazanıb. Universiadaya daxil edilən stolüstü tennis yarışlarında pedaqoji fakültənin komandası I, fizika-riyaziyyat və iqtisad fakültələri isə II və III yerləri bölüşüblər.
Stolüstü tennis oyunu üzrə oğlanlar arasında keçirilən şəxsi birincilikdə bədən tərbiyəsi və idman ixtisasının IV kurs tələbəsi Karaslan Hasan, qızlar arasında isə həmin ixtisasın III kurs tələbəsi Səriyyə Quliyeva I yerin qalibləri olublar.
Qeyd edək ki, universiadaya may ayının 10-da yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Dovlet_Universitetinde_Universiada_2015_cherchivesinde_idman_yarislari_kechirilir-849085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR