Qırğızıstanın Baş naziri istefa verib

Qırğızıstanın Baş naziri istefa verib
16:48 23 Aprel 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+


Bişkek, 23 aprel, AZƏRTAC
Qırğızıstan parlamenti-Joqorku Keneşin bugünkü iclasında ölkənin Baş naziri Comart Otorbaev istefa verdiyini bildirib.
Parlamentdəki çıxışında C.Otorbaev Baş nazir işlədiyi dövrdə hökumətin gördüyü işlər haqqında məlumat verib. O, ölkənin inkişafı və gələcəyi üçün nə bacarıbsa onu da etdiyini söyləyib. Əmin olduğunu bildirib ki, koalisiya çoxluğu daha qətiyyətli birinin Baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək.
C.Otorbaev 2014-cü il aprelin 4-dən Qırğızıstanın Baş naziri işləyirdi.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qirgizistanin_Bas_naziri_istefa_verib-849083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR