IV Lüsern Dünya Turizm Forumunda Azərbaycana məxsus stend quraşdırılıb

16:52 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 16:48 ]


Bakı. Cavid Zeynallı – APA. İsveçrə Konfederasiyasında keçirilən IV Lüsern Dünya Turizm Forumunda Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, “Gilan Turizm” və “SilkWay Turizm” şirkətlərinin nümayəndələri daxildir.

 

Forumda Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı da iştirak edir.

 

Tədbirdə Azərbaycanda turizmin inkişafına dair təqdimatın keçirilməsi və video çarxların nümayişi nəzərdə tutulub.

 

Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndənin iştirak etdiyi layihənin 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycandır.

 

Tədbirdə Azərbaycanın turizm potensialının təbliği məqsədilə 24 kv.m. sahədə ölkəmizə məxsus stend qurulub və reklam-çap məhsulları yerləşdirilib. Eyni zamanda, forumun ilk günü yerli aşpazlar tərəfindən Azərbaycanın milli mətbəxinin nümayiş olunması üçün milli yeməklərdən ibarət işgüzar nahar təşkil olunacaq.

 

Şöbədən bildiriblər ki, nazirliyin tərəfdaş qismində iştirakı ilə bağlı Azərbaycan turizminin loqosu tədbirin bütün reklam-çap məhsullarında, forumun təşkil olunduğu mərkəzin girişindəki banerlərdə əks olunub.

 

Forum çərçivəsində müxtəlif mövzularda seminarların keçirilməsi, yerli turizm şirkətləri ilə İsveçrənin aparıcı turizm şirkətləri arasında biznes görüşlərinin (B2B) təşkili nəzərdə tutulub.

 

Qeyd edək ki, forumda Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleh Rifai, 60 ölkədən 400-dən çox turizm sahəsində fəaliyyət göstərən rəhbər şəxs, mütəxəssislər və icraedicilər iştirak edir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR