Heydər Əliyev prospektinin digər köməkçi yolu nəqliyyat vasitələri üçün bağlanacaq - FOTOSESSİYA

Heydər Əliyev prospektinin digər köməkçi yolu nəqliyyat vasitələri üçün bağlanacaq - FOTOSESSİYA
16:57 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 16:49 ]


Bakı. Vüsal Nəbiyev – APA-Economics. Heydər Əliyev prospektinin köməkçi yollarından biri, Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmirə bağlanmış yolda işlərin tez bir zamanda başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

 

Hazırda yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənir, səki daşları dəyişdirilir, səkilərə tamet daşları döşənir, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, yolun kənarında yaşıllıq zonası salınır.

 

“Əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Hazırda yaşıllıq zonalarında bu sistem də qurulur”, - deyə məlumatda vurğulanır.

 

Qeyd edək ki, bu işlər başa çatandan sonra Heydər Əliyev prospektinin digər köməkçi yolu, Ekologiya və Təbii Sərvətlər nazirliyi Hidrometereoloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından Koroğlu metrostansiyasına qədər olan hissə təmir işlərinin aparılması məqsədilə nəqliyyat vasitələri üçün bağlanacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR