Gəncə, 23 aprel, AZƏRTAC
Gəncənin 4 min illik tarixini əks etdirən xalçanın toxunuşunda son tamamlama işləri görülür.
AZƏRTAC xəbər verir ki, əsasən yun iplərdən toxunan və Gəncə xalçaçılıq məktəbinə xas olan bu əl işində Gəncə Şəhər İcra Hakimiyyətinin binası, Kəpəz dağı, “Qoşa qala” qapıları Arxeologiya və Etnoqrafiya Kompleksi, Nizami məqbərəsi, Şah Abbas məscidi, “Comərd qəssab” türbəsi və “Çökək hamam” tarixi-memarlıq abidəsi öz əksini tapıb.
Xalçanın toxunuşunun yaxın bir aya başa çatdırılması nəzərdə tutulur.
