Play Store

AŞPA-da "dondurulmuş münaqişələr"ə dair yeni altkomitə yaradılacaq

AŞPA-da "dondurulmuş münaqişələr"ə dair yeni altkomitə yaradılacaq
16:02 23 Aprel 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Avropa Şurası ölkələrindəki "dondurulmuş münaqişələr"ə dair AŞPA-da yeni altkomitə yaradılacaq. 
"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Assambleyanın mövcud Monitorinq Komitəsi çərçivəsində yaradılan yeni altkomitə aktiv silahlı qarşıdurma dövrü başa çatan, lakin hələ də sülh razılaşması əldə olunmayan münaqişələrlə məşğul olacaq. 
"Bu altkomitə münaqişələrin həlli üzrə ayrıca mexanizm deyil, lakin həmin münaqişələrin mövcud həlli mexanizmlərini dəstəkləmək üçün qurum parlament diplomatiyasından istifadə edəcək", - AŞPA mətbuat xidmətindən bildiriblər. 
Altkomitənin Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya, Şimali Kipr, Dnestryanı, eləcə də Ukraynanın şərqindəki münaqişələrlə məşğul olacağı gözlənilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/aspa-da-dondurulmus-munaqiselere-dair-yeni-altkomite-yaradilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR