Polisə yaxalanmamaq üçün özünü bıçaqladı

Polisə yaxalanmamaq üçün özünü bıçaqladı
07:29 13 Yanvar 2015
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında paytaxtın  Xətai rayonunda polisə təslim olmaq istəməyən  şəxs  özünü  bıçaqlayıb.

 

APA-nın məlumatına görə, hadisə Aşıq Qərib küçəsi, ev 25 ünvanında qeydə alınıb. 37-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi  axtarış əməliyyatı nəticəsində bir il bundan əvvəl Yevlax rayonunun Tanrıqullar  kəndində   həmyerlisi  Asif Məmmədzadəni  xuliqanlıq zəminində  bıçaqladığı  üçün axtarışda olan  23  yaşlı  Pərviz  Mirzəyevi  “NZS“ qəsəbəsində saxlamaq istəyərkən şübhəli şəxs özünə xəsarət yetirib.

 

Bölmənin əməkdaşları cinayət törətdiyinə görə, bir il axtarışda  olan  Pərviz Mirzəyevi yaralı vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırıblar. Dərhal əməliyyata götürülən yaralının həyati təhlükəsi aradan qaldırılıb. Xəstəxanadan verilən  məlumata  görə, Pərviz Mirzəyevin vəziyyəti ağır stabildir. Faktla bağlı cinayət işi açılıb , araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR