Play Store

FHN-in qüvvələri Olimpiya Stadionunda fövqəladə halların qarşısının alınmasına hazırlaşır

FHN-in qüvvələri Olimpiya Stadionunda fövqəladə halların qarşısının alınmasına hazırlaşır
16:03 23 Aprel 2015
65 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlkin İzzət/

FHN-in canlı qüvvə və texnikalarının iştirakı ilə Bakı Olimpiya Stadionunda təlim-məşq keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, 24 aprel 2015-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Bakı Olimpiya Stadionunda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikalarının iştirakı ilə təlim-məşq keçiriləcək.

Təlim-məşqin keçirilməsində əsas məqsəd Milli Stadionda keçiriləcək kütləvi idman tədbirləri zamanı mümkün fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.

Qeyd edək ki, I Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, eləcə də Oyunlar zamanı bir sıra yarışlar məhz bu stadionda təşkil ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR