Rusiya Dövlər Dumasının komitə sədri: “Azərbaycan strateji tərəfdaşımızdır”

17:07 23 Aprel 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 17:00 ]

Moskva. Fərid Əkbərov - APA. “Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov Xarici İşlər Nazirliyində keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, hər iki ölkə arasında parlamentlərarası əlaqələr yüksək səviyyədədir: “Keçən il Dövlət Dumasının sədri Sergey Narışkin Bakıya səfər edib. Səfər çərçivəsində Azərbaycan prezidenti və parlamentinin sədri ilə görüşümüz olub. Bu görüşlər Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının iclası çərçivəsində baş tutub”.

 

A. Puşkov Rusiyanın AŞPA-da təmsil olunduğu müddətdə Azərbaycanın bu təşkilatdakı nümayəndə heyəti ilə olduqca sıx dostluq münasibətlərinin olduğunu qeyd edib: “Bildiyiniz kimi, Rusiya sanksiyalara etiraz əlaməti olaraq bu ilin sonuna kimi AŞPA-nın iclaslarında iştirak etməmək barədə qərar qəbul edib. Lakin Azərbaycan nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlıq bizim AŞPA-dakı fəaliyyətimiz dövründə əsas xətlərdən biri olub”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR