Play Store

Azərbaycan-Rusiya dövlət sərhədi ilə bağlı Təlimat imzalandı

Azərbaycan-Rusiya dövlət sərhədi ilə bağlı Təlimat imzalandı
16:08 23 Aprel 2015
364 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend/

21-23 aprel 2015-ci ildə Moskva şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının üçüncü iclası keçirilib. Bu barədə Trend Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədlərinin Demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edin.

İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub, ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda, Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalanıb.

Komissiya 2015-ci il üçün İş Planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri təsdiq edib.

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçib, iclasın yekunu olaraq Protokol imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2387307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR