FHN Bakı Olimpiya Stadionunda məşq keçirəcək

FHN Bakı Olimpiya Stadionunda məşq keçirəcək
16:09 23 Aprel 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

FHN-in canlı qüvvə və texnikalarının iştirakı ilə Bakı Olimpiya Stadionunda təlim-məşq keçiriləcək. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 24-də Sabunçu rayonunda yerləşən Bakı Olimpiya Stadionunda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikalarının iştirakı ilə təlim-məşq nəzərdə tutulub.

Təlim-məşqin keçirilməsində əsas məqsəd Milli Stadionda keçiriləcək kütləvi idman tədbirləri zamanı mümkün fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR