Play Store

Sevda yeni klipini təqdim etdi - video

Sevda yeni klipini təqdim etdi -  video
16:11 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Xarici Dillər Universitetində ASAN Xidmətin sifarişi ilə hazırlanan “Çanaqqala 100 “Qardaş köməyi” filminin və “Çanaqqala türküsü” klipinin təqdimat keçirilib.

Axşam.az-ın məlumatına görə, hər iki ekran işi Çanaqqala savaşına həsr edilib.

Layihənin rəhbəri AYB-in üzvü Cəlal Qurbanovdur. Ekran işində əməkdar artist Sevda Ələkbərzadə “Çanaqqala türküsü”nü ifa edib.

Yeni işindən danışan S.Ələkbərzadə belə bir layihədə iştirak etdiyinə görə qürur duyduğunu bildirib:

“Məşhur türküdür. Çanaqqala savaşında türk əsgərləri ilə bərabər azərbaycanlı könüllülər də vuruşub. Musiqi də onların qəhrəmanlığına həsr olunur. Burada mənə yer verən layihə rəhbəri Cəlal Qurbanova təşəkkür edirəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR