Bakı 2015 bu gün Birinci Avropa Oyunlarına 50 gün qalıb. Bu münasibətlə Bakının mərkəzində idman və incəsənət xadimləri bir araya gəlib. Tədbirdə Azərbaycanın "Eurovision" qalibi Nigar Camal və Avropa Oyunlarının elçisi Murad Dadaşov da çıxış edib.
ANS PRESS-in məlumatına görə, yerli və xarici rəssamlar bu münasibətlə Bakı 2015-in maskotlarına yeni görünüş veriblər. Yerli və xarici 8 rəssam Avropa Oyunlarının Ceyran və Nar maskotlarını bəzəyiblər.
Boyamalar bitəndən sonra bu heykəllər oyun zamanı azarkeşlərin dəyərləndirməsi üçün Bakının müxtəlif yerlərinə yerləşdiriləcək.
Xatrıladaq ki, Bakı 2015 Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək. Biletlər Bakının 11 əlverişli məkanında, həmçinin park Bulvar, 28 Mall, Metro Park ticarət mərkəzlərində satılacaq.
Mənbə
ANS PRESS