Rusiyada terror törətmək istəyən İŞİD-çi tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Smolensk vilayətində Ukrayna Təhlükəsizlik Xidməti və “Sağ sektor”un tapşırığı ilə Rusiyada terror aktları və Ukraynanın şərqindəki qondarma Donetsk və Luqansk xalq respublikasının liderlərini öldürməyi planlaşdıran İŞİD təşkilatının üzvünü saxlayıb.

Metbaut.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı FTX yayıb. Qeyd olunub ki, saxlanılan şəxs Dağıstan sakini, 1988-ci il təvəllüdlü Məcid Maqomedovdur. Ondan gücü 1,5 kiloqram trotil olan əldəqayırma partlayıcı qurğu, səsboğucusu olan tapança və sursat götürülüb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR