Play Store

İlham Əliyevə mükafat verildi

İlham Əliyevə mükafat verildi
16:16 23 Aprel 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Ankarada Türkiyənin bir çox nüfuzlu jurnalist təşkilatını öz sıralarında birləşdirən Media İxtisas Jurnalistləri Federasiyasının 2014-cü il üçün müəyyən etdiyi mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib.

Tədbirdə Türkiyə parlamentinin üzvləri, nüfuzlu siyasətçilər, elm adamları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Ankarada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Media İxtisas Jurnalistləri Federasiyasının sədri Kənan Macit bildirib ki, müxtəlif sahələr üzrə mükafatların sahibləri nüfuzlu münsiflər heyəti tərəfindən müəyyən edilib.

Son illərdə bütün sahələrdə böyük uğurlar əldə edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb.

Qeyd edilib ki, Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla yanaşı, beynəlxalq strateji tərəfdaşlıqla bağlı yeni sazişlər imzalayaraq, sistemli və düşünülmüş xarici siyasət yürütdüyünü nümayiş etdirir.

Azərbaycan Prezidentinin layiq görüldüyü nüfuzlu mükafat ölkəmizin Ankaradakı səfirliyinin müşaviri Ceyhun Zeynalova təqdim edilib.

Xatırladaq ki, “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülənlər arasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Albaniyanın Baş naziri Edi Rama da var.

Mərasimdə Türkiyədə elm, siyasət, biznes, jurnalistika və digər sahələrdə böyük uğurlar əldə edən nüfuzlu şəxslərə və qurumlara da Federasiyanın mükafatları təqdim edilib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=339945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR