Tarif Şurasının qərarının icrasına başlanıldı

Tarif Şurasının qərarının icrasına başlanıldı
07:34 13 Yanvar 2015
225 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gecə Tarif Şurasının yanacağın qiyməti ilə bağlı qəbul etdiyi qərarın icrasına başlanılıb. Lent.az-ın məlumatına görə, Şuranın verdiyi qərara əsasən yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib. Premium markalı benzinin qiyməti isə 95 qəpik olaraq qalıb.

 

Yanacaq Doldurma Mərkəzlərinin (YDM) çoxu kassa aparatları və sistemdə  dəyişiklik etmək məqsədi ilə satışı bir neçə saatlığına dayandırıblar.  Bu da  sürücülərin narazılığına səbəb olub.

 

Satışın dayandırılması YDM-lərin qarşısında az da olsa sıxlığın yaranmasına səbəb olub. Yeni qiymət sistemə daxil edildikdən sonra satış bərpa olunub.

 

Fərahim Qasımov


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR