Bakının bütün arenalarında internet olacaq - VİDEO

Bakının bütün arenalarında internet olacaq -   VİDEO
17:17 23 Aprel 2015
97 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Oyunlarında yarışların keçiriləcəyi bütün idman arenalarına xüsusi optik kabellər çəkilib. ANS TV-nin məlumatına görə, arenalarda yüksək sürətli internetlə bağlı heç bir problem olmayacaq. 


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi buna zəmanət versə də, bəzi məsələlərdən narahatlıq var. Nazir müavini İltimas Məmmədov idman arenaları ətrafında təmir-tikinti işləri aparan qurumlara müraciət edərək, onları ehtiyatlı olmağa çağırıb. 


İltimas Məmmədov bildirib ki, son günlər Olimpiya stadionu yaxınlığında tikinti işləri ilə əlaqədar bütün optik kabellər qırılıb. "İndi onlar yenidən bərpa olunur. Amma bütün tikinti işləri aparanlar ehtiyatlı olmalıdırlar". 



Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-baknn-butun-arenalarnda-internet-olacaq-t40210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR