Futbolçumuzu öldürən erməni üçün pul yığılır

Futbolçumuzu öldürən erməni üçün pul yığılır
17:22 23 Aprel 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

Yekaterinburdakı erməni diasporu azərbaycanlı idmançının qətlində iştirak etmiş erməniyə görə aksiyaya başlayıb. Fanat.az xəbər verir ki, diasporu Emil Hüseynovu öldürən Tiqran Çiçakyanın qardaşı Andranik Çiçakyanın müalicəsi üçün pul yığır. 

Ermənistan mətbuatı yazır ki, guya kafedə dava zamanı azərbaycanlılar Andraniki döyüblər və onun almacıq sümüyü qırılıb. 

Qeyd edək ki, azərbaycanlı futbolçu Emil Hüseynovu vəhşicəsinə öldürən erməni Tiqran Çiçakyan artıq günahını boynuna alıb. Polisə ifadə verən cinayətkar qətlin törədilməsində bütün günahı öz üzərinə götürüb. Saxlanılan 5 nəfərdən 4-ü isə sərbəst buraxılıb. Hətta onlardan yaşayış yerləri haqqında məlumat belə götürülməyib. Faktla bağlı cinayət işi açılıb. Polis yalnız həmyerlimizi bıçaqlayan ermənini saxlayaraq istintaqa cəlb edib.

Xatırladaq ki, futbolçumuz Yekaterinburq şəhərində ermənilər tərəfindən Azərbaycan musiqisinə görə öldürülüb. 

Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər. Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında Tiqran Çiçakyan adlı erməni əlindəki bıçağı Emil Hüseynovun ürəyinə sancıb. Bu zaman digər ermənilər də Emili bıçaqlamağa başlayırlar. 

Azərbaycanlılar köməyə tələsərkən ermənilər hadisə yerindən qaçaraq uzaqlaşıblar. //anspress

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolcumuzu-oldurn-ermni-ucun-pul-ylr-t40211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR