Bakıda yarışan avtobuslar toqquşdu: yaralılar var - FOTO

Bakıda yarışan avtobuslar toqquşdu: yaralılar var - FOTO
17:22 23 Aprel 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə dəqiqə öncə Nərimanov rayonunda iki marşrut avtobusu toqquşub
Qafqazinfo-nun verdiyi xəbərə görə, “Mont İnn” otelinin qarşısında 14 saylı xətt avtobusları toqquşub.

Şahidlərin verdiyi məlumata görə, hər iki marşrut avtobusu bir-birini ötmək üçün yarışırmış. Nəticədə idarəetməni itirən avtobuslar qəza törədib. Bu zaman sol zolaqdan hərəkət edən "Mercedes" markalı avtomobil də digər sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb, yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/336157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR