Play Store

Qəlblərdə əbədi yaşayan alim

Qəlblərdə əbədi yaşayan alim
16:23 23 Aprel 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+


Şirvan, 23 aprel, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhərindəki Heydər Əliyev Mərkəzində Əməkdar Elm Xadimi, tanınmış oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan “Nur dolu ömür” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzin direktor vəzifəsini icra edən Aynur Fərzəliyeva tədbiri açaraq Zərifə xanım Əliyevanın ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğunu nəzərə çatdırıb. Vurğulanıb ki, görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım ulu öndər Heydər Əliyevin həyatında və siyasi fəaliyyətində ona mənəvi dayaq və arxa olub.
Sonra Mərkəzin əməkdaşları görkəmli alimin mənalı həyat yolundan, pedaqoji, elmi və tanınmış həkim kimi fəaliyyətindən söz açıb, onun təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə qəlblərdə yaşayacaq.
Sonda Asəf Zeynallı adına musiqi məktəbinin I kurs tələbəsi, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Heydərsevərlər” dərnəyinin üzvü Cəlal Səmədov pianoda Sevil Əliyevanın bəstələdiyi “Ana” elegiyasını ifa edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qelblerde_ebedi_yasayan_alim-849101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR