​"Bakı 2015" I Avropa Oyunlarına 50 gün qalması münasibəti ilə tədbir keçirilib

​"Bakı 2015" I Avropa Oyunlarına 50 gün qalması münasibəti ilə tədbir keçirilib
17:27 23 Aprel 2015
244 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. RPEORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarına 50 gün qalması münasibətilə mərasim keçirilib. "Report"un məlumatına görə, əlamətdar gün Fəvvarələr Meydanında idman ictimaiyyəti və incəsənət nümayəndələrinin iştirakı ilə qeyd olunub.
Tədbirdə çıxış edən "Bakı 2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq Avropa Oyunları haqda məlumat verib. Şəhərin müxtəlif yerlərində bilet satışı məntəqələrinin fəaliyyət göstərdiyini bildirən S.Kleqq hər kəsi yarışları izləməyə dəvət edib.
Əməliyyatlar üzrə baş direktordan sonra səhnəyə "Bakı 2015"in Ulduz Elçilərindən Hacı Nuran, ardınca Murad Dadaşov səhnəyə dəvət edilib və Avropa Oyunları haqda danışıblar.
Tədbirdə 4-ü azərbaycanlı olmaqla, ümumilikdə 8 rəssam Oyunların maskotları Ceyran və Narın heykəllərini bəzəyiblər. Bunlar italiyalı Albert Loro, alman İnge H.Şmidt, fransalı Dafne Bitçaç, latviyalı Andris Vitolins və azərbaycanlı rəssamlar Nailə Sultan və Eldar İbadullayev, eləcə də, Azərbaycan Dövlət Tətbiqi İncəsənət Akademiyasının müsabiqəsində qalib gəlmiş iki tələbəsi - Fidan Novruzova və Fərəh Mirzəyevadır. Boyama işləri bitdikdən sonra heykəllər Avropa Oyunları zamanı azarkeşlərin dəyərləndirməsi üçün şəhərin müxtəlif nöqtələrində yerləşdiriləcək.
Tədbir musiqi proqramı ilə davam edib.











Xəbərin orijinal ünvanı: http://report.az/baki-2015/baki-2015-i-avropa-oyunlarina-50-gun-qalmasi-munasibeti-ile-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR