Bakı, 23 aprel, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda (TPİ) “İlk peşə-ixtisas təhsili üzrə mövcud təhsil standartlarının hazırlanması” mövzusunda seminar-treninq keçirilib.
TPİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları, tədris istehsalat işləri üzrə direktor müavinləri, metodbirləşmələrin sədrləri, ixtisas fənn müəllimləri, istehsalat təlim ustaları iştirak ediblər.
Tədbirdə institutun şöbə müdiri Rəsul Əsgərov ilk peşə-ixtisas təhsilinin məzmunu, ilk peşə-ixtisas təhsilinin idarə olunması, ilk peşə-ixtisas təhsilinin maddi-texniki və tədris bazası, ilk peşə-ixtisas təhsilinin infrastrukturu və digər mövzuları əhatə edən məruzə ilə çıxış edib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Çıxış edənlər ilk peşə-ixtisas təhsilinin məzmununda gələcəkdə həyata keçiriləcək dəyişikliklər və əlavələr barədə rəy və təkliflərini bildiriblər.