İŞİD sıralarında gürcülər də var

İŞİD sıralarında gürcülər də var
07:46 13 Yanvar 2015
165 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsi haqqında qalmaqallı iddia irəli sürüb.

ANS PRESS-in məlumatına görə, Mixail Saakaşvili “Rustavi 2” telekanalının efirində danışarkən İŞİD terror qruplaşmasının sıralarında yüzlərlə Gürcüstan vətəndaşının olduğunu deyib.

“Yüzlərlə Gürcüstan vətəndaşı İŞİD terror quplaşması sıralarında döyüşür.” – deyə gürcü siyasətçi bildirib.

Onun sözlərinə görə, rəsmi Tbilisi Ukraynanın Şərqində döyüşən könüllüləri “təhrikçi” adlandırır, lakin Gürcüstan vətəndaşlarının Suriya və İraq döyüşçülərini dəstəkləməyini qadağan etmək üçün heç nə etmir.

Saakaşvili onu da vurğulayıb ki, bu addım Gürcüstanın maraqlarına daxil deyil.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR